logo

Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – “Stadler” qatarı ilə Pirşağıya

Views: 74

Görkəmli neftçi-alim, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyində həyatından danışdığı bir məqam cəmiyyətdə maraqla qarşılanıb:

Görkəmli neftçi-alim, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyində həyatından danışdığı bir məqam cəmiyyətdə maraqla qarşılanıb:

“Neft Daşlarında işləyirdim. Amma xanımım hər gün kənddən şəhərə gedib-gəlirdi, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Gördüm bu yazıq lap əziyyət çəkir. İdarə rəisim Bəxtiyar Məmmədova ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver. O, da bir az fikirləşib dedi ki, “elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm… O gün cənab İlham Əliyev Pirşağıya “elektriçka” ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, dedim, ay Xoşbəxt, 60 ildən sonra sənin “elektriçkan” gəldi Pirşağıya…”.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi mərasimdə Xoşbəxt Yusifzadənin nəql etdiyi bu məlumat alqışlarla qarşılanıb.

Azərbaycan Dəmir Yolları QSC isə dünən maraqlı təşəbbüsə imza atıb. Akademik Xoşbəxt Yusifzadə 60 il arzusunda olduğu Pirşağı elektrik qatarının sərnişini olaraq Bakı Dəmir Yolu stansiyasından qəsəbəyə gedib.

ADY Sərnişindaşıma Departamenti və Mətbuat Katibliyinin rəhbərliyi və əməkdaşlarının müşayəti ilə gerçəkləşən kiçik səyahətdə REAL TV-nin rəhbəri Mirşahin Ağayevin yolboyu X.Yusifzadə ilə söhbəti lentə alınıb. 

Xatırladaq ki, ötən ilin dekabrın 2-dən etibarən gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8 qatarın hərəkətdə olması təmin edilir.

Turkustan.info

0

Your Cart