logo

SOCAR: Neft emalı və neft-kimya məhsullarının ixracı artıb

Views: 52

Ötən il neft emalı və neft-kimya məhsullarının ixracı 2,2 milyon ton təşkil edib.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, neft emalı və neft-kimya məhsullarının ixracı 2019-cu il ərzində təqribən 2,2 milyon ton olub. Bu da əvvəlki illə müqayisədə təqribən 22 faiz artım deməkdir.

Neft-kimya və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR Polymer” kompleksinin fəaliyyəti, eləcə də “SOCAR Metanol” zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

0

Your Cart