logo

SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib

Views: 55

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2019-cu il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, şirkət neft və qaz hasilatını sabitləşdirməyə nail olub.
Ölkə üzrə ümumi qaz hasilatı əvvəlki illə müqayisədə təqribən 17% artaraq, 35,6 mlrd. kubmetrə çatıb. İl ərzində ölkədə 37,5 mln. ton xam neft hasil edilib.

“SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil olmaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarəolunan templə təbii azalması davam edib. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsorsium tərəfindən istismar edilən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında müşahidə olunur”,- məlumatda qeyd edilib.

report.az

0

Your Cart