logo

İran ətrafında gərginlik neft qiymətlərini $70-ə qaldırdı

Views: 206

2019-cu ilin mayından dünya birjalarında Brent markalı neft indiyə qədər $70-dan yuxarı həddi keçməmişdi. Buna səbəb isə ABŞ və İran arasında yaşanan siyasi gərginlikdir.

CNBC-yə verdiyi müsahibədə “Energy Aspects” şirkətinin təhlilçisi Amrita Sen bildirib ki, bazarın qeyri-sabitliyi və neft qiymətlərinin hazırkı artımı İranın general Süleymaninin ölümünə necə cavab verəcəyi sualının bazar iştiakçıları üçün məchul olması ilə əlaqədardır. Onun sözləinə görə, belə bir təhlükə var ki, İran Körfəzi bölgəsindəki ABŞ-a dost olan ölkələrin neft obyektlərində təxriba edə bilərlər, necə ki, ötən ilin sentyabrında “Saudi Aramco” şirkətinin neft obyekləri dronlarla hücumlarla məruz qalmışdılar.

London İCE Futures əmtəə birjasında Brent markalı neftin bir barelinin qiyməti Bakı vaxtı ilə 10:30-da 70,17 dollar təşkil edib. Bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,57 dollar (2.29%) çoxdur. Ancaq bu gün elektron hərraclara start verilərkən Brent markalı neftin bir barelinin maksimum qiyməti 70,75 dollar cıvarında qiymətləndirilib.

Картинки по запросу паника на нефтяных рынках

Xatırladaq ki, cümə günü ticarət nəticəsində fyuçerslər 2,35 dollar (3,55%) bahalaşaraq bir barelə görə 68,86 dollara qədər yüksəlmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin fevral ayındakı fyuçersləri bazar ertəsi 1,26 dollar (2%) bahalaşaraq 64,31 dollara çatıb. Cümə günü bazarın bağlanması zamanı əvvəlki sessiya ilə müqayisədə neft 1,87 dollar (3,06%) artaraq 63,05 dollara bərabər olmuşdu.

“Bloomberg” agentliyi xəbər verir ki, bu arada ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumların artması riski barədə xəbərdarlıq edib. “Riskin artımını nəzərə alaraq neftin bundan sonra daha yüksək qiymətlərə istiqamət götürmək potensialını müşahidə edirik”, deyə “Rapidan Enerji” şirkətinin prezidenti Bob McNally bildirib.

Qlobal neft bazarı üçün əsas risklərdən biri İranın Körfəz ölkələri tərəfindən istehsal olunan neftin böyük bir hissəsinin ixrac edildiyi Hörmüz boğazını bağlamasıdır. Rəsmi Tehran Qərbin ona qarşı təzyiqləri zamanı əks həmlə kimi daim bu varianta əl atmaq məsələsini gündəmə gətirir. Son zamanlar ABŞ-ın İrana qarşı sanksiyalarının gücləndirilməsi fonunda Hörmüz boğazı ətrafında gərginlik də artır.

Bəs həftə ərzində neftin qiymətləri hansı isiqamədə dəyişə bilər? Bu sualın cavabı təbii ki, ABŞ-İran münasibələrinin hansı məcrada inkişafından asılı olacaq. Əgər biz yaxın günlərdə ABŞ-a qarşı təkcə birbaşa İran tərəfindən deyil, eləcə də dünyanın müxtəlif güşələrindəki şiə qruplaşmaları tərəfindən hansısa cavab həmlələrinin edildiyini görəcəyiksə, onda bu hadisə neft bazarı üçün risklərin artımı demək olacaq və nəticədə neft qiymətləri $80-a doğu irəliləməyə meylli olacaq, çünki böyük ehtimalla ABŞ da məsələni seyrçi kimi müşahidə etmək fikrində olmayacaq.

Yox əgər İran tərəfi bir qədər dözüm nümayiş etdirib çoxlarının gözlədiyi cavabı gecikdirsələr, onda neft qiymətləri yenidən 65 dollar ətrafında ticarət edilə bilər.

Caspian Barrel

0

Your Cart