logo

Azərbaycanın qurudakı “Neftçala” yatağında neft hasilatının artacağı nəzərdə tutulur

Views: 53

2020-ci ildə Azərbaycanın qurudakı “Neftçala” yatağında neft hasilatının artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, “Neftçala” yatağında 2019-cu və 2020-ci illər proqnoz göstəricisi arasında nəzərdə tutulan 5 faiz artımın səbəbi yatağın uzunmüddətli planlaşdırılmasında cari ildə məhsuldar qatın V və VI horizontlarına 4 yeni istismar quyularının qazılması ilə əlaqədardır. Lakin, 2019-cu ildə məhsuldar qatın horizontlarına qazılan quyulardan gözlənilən hasilat alınmayıb və bu səbəbdən 2020-ci il üzrə iş proqramında bu nəticələr nəzərə alınaraq neft hasilatı proqnozu 2019-cu ildə gözlənilən hasilat səviyyəsində planlaşdırılıb. Bu il “Neftçala” yatağından hasilatın 0,241 milyon barrel təşkil edəcəyi nəzərdə tutulur.

“Neftçala” və “Xıllı” yataqlarından cari ildə Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların 1,08 milyon dollar olacağı planlaşdırılır.

Qeyd edək ki, “Neftçala” yatağı 1931-ci ildə, “Xıllı” yatağı isə 1954-cü ildə sənaye işlənməsinə cəlb olunub.

0

Your Cart