logo

Gömrük Komitəsi Azərbaycanın neft ixracını açıqladı

Views: 127

2019-cu ildə Azərbaycandan 30 milyon 837 min ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 14 milyard 814,1 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2018-ci ildə ölkədən 29 milyon 498,3 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 15 milyard 719,4 milyon dollar təşkil etmişdi.

0

Your Cart