logo

2021-ci ildə “Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara veriləcək

Views: 119

Bu tankerin unikallığı ondan ibarətdir ki, eyni vaxtda neft və neft məhsulları daşıya bilək.

Похожее изображение

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2021-ci ildə akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının verildiyi yeni tankerlərdən birini istismara verəcək. Bu barədə ASCO-dan məlumat verilir.

“Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq hazırda ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin Xoşbəxt Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb. Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur”, – məlumatda qeyd edilir.

Xəbər verildiyi kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın bəndlərinin birinə əsasən, ASCO-nun yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı veriləcək.

2020-ci il yanvarın 14-də görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyini qeyd edib. O həyatını və elmi-istehsalat fəaliyyətini Azərbaycanda, xüsusilə Xəzər dənizində neft və qaz kondensat yataqlarının kəşfi və işlənməsinə həsr edib. Prezident İ.Əliyevin sərəncamına əsasən, Xoşbəxt Yusifzadənin yubileyi dövlət səviyyəsində qeyd olunacaq.

Yeni tankerin uzunluğu 141 metr, eni – 16,9 metr, su tutumu – 7,884 min ton təşkil edir. Bu tankerin unikallığı ondan ibarətdir ki, eyni vaxtda neft və neft məhsulları daşıya bilər.

interfax.az

0

Your Cart