2019-cu ildə Azərbaycanda neft hasilatı 37 milyon 453,702 min ton təşkil edib. Bu barədə “İnterafks-Azərbaycan”a SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 38,758 milyon ton neft hasil olunub. Beləliklə, 2019-cu ildə ölkədə neft hasilatının həcmi 3,4% azalıb.
“SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil omaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarəolunan templə təbii azalması davam edib. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsorsium tərəfindən istismar edilən Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarında müşahidə olunur”, – SOCAR-ın məlumatında qeyd edilir.
Məlumata əsasən, 2019-cu ildə ülkə üzrə ümumi qaz hasilatı 2018-ci illə müqayisədə “təqribən 17%” artaraq, 35,6 milyard kubmetrə çatıb.
Azərbaycanda neft hasilatının 2/3 hissəsi AÇG-nin payına düşür.