logo

Tekfen “SOCAR Polymer”-in 10 faiz səhmini aldı

Views: 338

Türkiyənin “Tekfen” şirkəti “SOCAR Polymer” şirkətinin 10% səhmini aldı. Bu barədə SOCAR məlumat yayıb.

Saziş dekabrın 13-də Bakıda imzalanıb. Sənədi “SOCAR Overseas” şirkətinin direktoru Firudin Həsənov və “Tekfen Holding” idarə heyətinin sədri Murat Gigin imzalayıblar.

Sənədə əsasən, “Tekfen” səhmlərin 5%-ni SOCAR-dan və 5%-ni “Paşa Holding”dən alıb. Sazuişin dəyəri barədə məlumat verilmir.

2018-ci il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.

2019-cu ilin fevral ayında layihə gücü ildə 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodu işə salınıb.

“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək.

Zavodların tikintisinə ümumi investisiya qoyuluşları $816 mln.
(ƏDV daxil olmaqla) təşkil edib. Bunun $489 mln.-u
Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə kredit şəklində cəlb edilib.

Yeni saziş nəzərə alınmaqla, “SOCAR Polymer” şirkətinin kapitaında SOCAR-ın payı 47,2% təşkil edir. “Vitol Black Sea V.L.L” (19%), “Tekfen” (10%), “PASHA Holding” (9,9%), “Ecoland” (9,8%), “Polimer Investment” (5%) və AKKIK (4,1%) də səhmdarlar sırasındadır.

0

Your Cart