logo

Gürcüstan paytaxtında əhali üçün qaz tarifləri azaldıldı

Views: 125

Gürcüstan Azərbaycandan aldığı qazın qiymətini 2020-ci ildən bir qədər endirilməsi ilə bağlı danışıqlar aparır

Картинки по запросу GNERC Georgia

Dünən keçirilən iclasında Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (GNERC) Tbilisi sakinləri üçün növbəti üç ildə (2020-2022-ci illər) mövcud təbii qaz tarifini bir qədər azaltmaq haqda qərar qəbul edib.

“Qazın qiymələri ilə bağlı Gürcüstan və Azərbaycan hökumətləri (Gürcüsan ölkəyə təbii qazın 95%-ni Azərbaycandan idxal edir – redaktor) arasında danışıqlar hələ davam edir, lakin bu mərhələdə biz artım gözləmirik”, – deyə GNERC rəhbəri David Narmania komissiyanın iclasından sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, komissiyanın Gürcüstanın Neft və Qaz Korporasiyası (GOGC) ilə birlikdə apardığı işin nəticəsi olaraq paylayıcı şirkətlər üçün qaz

Картинки по запросу gnerc david narmania

tariflərinin praktiki olaraq dəyişdirməməsinə imkan yarandı. “GOGC gələcək riskləri, həmçinin valyuta məzənnəsinin mümükün dəyişməsindən yarana biləcək riskləri kompensasiya etməyi öhdəsinə götürür”, deyə Narmania vurğulayıb.

İnterfax-ın xəbərinə görə, GNERC qərara alıb ki, Tbilisi qaz paylayıcı şirkəti “Tbilisi Enerji” MMC-nin əhali üçün 2020-2022-ci illər ərzində tarif 0.002 tetri endirilirək ƏDV daxil olmaqla 1 kubmetr üçün 46,337 tetri təşkil etsin.

Bu yaxınlarda “KazTransGaz-Tbilisi”-nin varisi olmuş “Tbilisi Enerji” MMC, Gürcüstan paytaxtının qaz şəbəkələrini tənzimləmək və modernləşdirmək üçün 2020-2022-ci illərdə 59,6 milyon GEL (20,5 milyon dollar) ayırmağı planlaşdırır. Hal hazırda şirkət Tbilisidə 455 mindən çox abunəçiyə, o cümlədən 438 minə yaxın sosial və 17 mindən çox kommersiya abunəçisinə xidmət göstərir.

0

Your Cart