logo

“Azneft” İstehsalat Birliyinə yeni baş direktoru təyin edildi

Views: 1383

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Şahmar Hüseynovu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru təyin edib.

Bu barədə İB-in məlumatında deyilir ki, yeni təyinata qədər Ş.Hüseynov “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi vəzifəsində çalışıb.

“Ş.Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı ilə seçilib. “Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib”, – deyə məlumatda bildirilir.

Ş.Hüseynov “Azneft” İstehsalat Birliyinin baş direktoru postunda Daşqın İskəndərovu əvəz edib.

D.İskəndərov dekabrın 3-də SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

0

Your Cart