logo

“Azəriqaz”da yeni kadr təyinatı olub

Views: 114

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində (SOCAR-ın qaz paylayıcı strukturu – red.) yeni kadr təyinatı olub.

“Report”un məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 3-də bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, “Azəriqaz”ın baş direktorunun satış və istismar üzrə müavininin vəzifə səlahiyyətlərinin icrası Birliyin Mexanika və energetika şöbəsinin rəisi Cahid Əlsəf oğlu Hüseynova həvalə edilib.

0

Your Cart