logo

Azərbaycan 11 ayda Ukraynaya $300 milyonluq neft ixrac edib

Views: 514

Ukrayna 2019-cu ilin yanvar-noyabr aylarında neft və neft xammalı idxalını 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,2% – 745,89 min tonadək artırıb.

Dövlət Fiskal Xidmətinin məlumatına görə, cari ilin 11 ayı ərzində $382,657 milyon məbləğində neft idxal olunub ki, bu da bir il əvvəllə müqayisədə 4,6% azdır.

Azərbaycandan $297,87 milyon (pay – 77,8%), ABŞ-dan $79,48 milyon (20,8%), Qazaxıstandan $2,6 milyon (0,7%), digər ölkələrdən $2,71 milyon (0,7%) məbləğində xammal daxil olub.

2019-cu ilin yanvar-noyabr aylarında Ukrayna $53 min dəyərində 103 ton neft və neft xammalı ixrac edib. Bütün həcm iyunda Latviyaya ixrac edilib.

0

Your Cart