“Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR PETROLEUM” QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Məqsəd ictimai nəqliyyatın ekoloji təmiz yanacağa keçidinə töhfə verməkdir.
Bu müqavilə çərçivəsində Xaliq Faiqoğlu şirkətinin istismarında olan avtbusların keyfiyyətli dizel yanacağı və gələcək perspektivdə sıxılmış təbii qazla (CNG) təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin (YDM) tikintisnə dair razılıq əldə olunub.
“Qafqazinfo” xəbər verir ki, 25 noyabr tarixində Xaliq Faiqoğlu şirkətinin baş ofisində keçirilən imzalanma mərasimində “SOCAR PETROLEUM” QSC ilə əməkdaşlığı yüksək qiymətləndirən şirkətin baş direktoru Faiq Seyidov son 3 il ərzində şirkət tərəfindən Bakı şəhərinə ekoloji təmiz nəqliyyat vasitələrinin gətirildiyini vurğulayaraq, avtobus parkının mütəmadi yeniləndiyini və 2022-ci ilədək sıxılmış təbii qazla (CNG) çalışan 120 ədəd müasir avtobusların alınması məqsədilə xarici maliyyə qurumları ilə danışıqlar aparıldığını bildirmişdir.
Məlumat üçün bildirək ki, Xaliq Faiqoğlu şirkətinin istismarında olan avtonəqliyyat vasitələri Avro 5 və 6 standartlarına cavab verir, eləcə də 18 saylı marşrut xəttində sıxılmış qazla 1 ədəd nəqliyyat vasitəsi test rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, şirkətin Təmir Mərkəzində qurulması nəzərdə tutulan YDM-i qısa müddətdə istifadəyə veriləcəkdir.