logo

Azərbaycan sentyabrda Rusiyadan nə qədər AI-92 markalı benzin alıb?

Views: 298

Azərbaycan 2019-cu ilin III rübündə 16 min 459,08 ton AI-92 markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

Картинки по запросу "benzin bazarı""

“$11 milyon 30,26 min dəyərində 16 min 459,09 ton AI-92 markalı avtomobil benzini yalnız cari ilin III rübündə idxal edilib. İdxalın bütün həcmi Rusiyanın payına düşüb”, – deyə məlumatda bildirilir.

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini idxalı edilməyib.

III rübdə respublikaya AI-92 markalı avtomobil benzininin idxalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar SOCAR-ın ehtiyatların yaradılması planları ilə şərtlənib.

Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzini 2019-cu il sentyabrın 1-dən 90 gün müddətində gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Bundan başqa, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və 92-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.

SOCAR-a istinadən verilən məlumata görə, şirkət BNEZ-in planlı təmirə dayandırılması ilə əlaqədar olaraq Rusiya və Qara dəniz hövzəsi ölkələrindən Azərbaycana 120 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırır. Zavodun təmirə dayandırıldığı oktyabrın 4-dən noyabrın 4-dək burada AI-92 markalı benzin istehsal edilməyib.

2018-ci ildə Azərbaycan $58 milyon 913,7 min dəyərində 72 min 596,05 ton AI-92 markalı avtomobil benzini idxal edib.

0

Your Cart