logo

Yanacaqlar üzrə AVRO standartları və ekologiya

Views: 18

Nəqliyyatda istifadə edilən yanacaqlar üzrə Avro standartlarının tarixi ekoloji amillərlə bağlıdır və hazırda dünyada elektrik mühərrikli və təbii qazla işləyən (CNG) avtomobillərə marağın artması da ekoloji faktordan qaynaqlanır.

Картинки по запросу автомобили загрязняют окружающую среду

Bu baxımdan karbürator tipli mühərriklərin dövrü uzun zaman davam edə bilərdi, əgər gündəmə ekoloji məsələlər gəlməsəydi.

Ekoloji məsələlər isə ona görə aktuallaşdı ki, artıq XX əsrin sonlarına doğru dünyanın inkişaf etmiş ölkələrində avomobillərin sayı həddən artıq çoxaldı. Avtomobil yaşayış səviyyəsi yüksək olan ölkələrdə dəbdəbə kateqoriyasından vətəndaşlar üçün gündəlik tələbat malları səviyyəsinədək enərək əlçatan oldu. Nəticədə yollarda tıxaclar əmələ gəldi və avtomobillər sənaye obyektlərini geridə qoyaraq ətraf mühit üçün başlıca təhlükə mənbəyinə çevrilməyə başladılar.

1992-ci ildən etibarən dünyada ekoloji mühitin txşılaşdırılması uğrunda mübaizə məqsədilə avtomobil mühərriklərindən atmosforə atılan zəhərli maddələrin miqdarını tənzimləmək üçün bütün nəqliyyat vasitələrini xarakterizə edən Ekoloji Standartlarının tətbiqinə start verilib.

Qaydalara uyğun olaraq, avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə səciyyələnən 6 növ AVRO standartı mövcuddur.

Standartın adında göstərilən nömrə (1,2,3,4,5 və 6) nə qədər yüksək olarsa, həmin sandartların tələblərinə cavab verən avtomobilin istismar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı bir o qədər azdır.

Yanacaq növlərinin yanma zamanı ərtaf mühitə atılan zərərli maddələrin miqdarına görə ekoloji standartlara nail olunması məqsədi ilə həmçinin yanacağın istehsalı zamanı məhsulun tərkibi üzrə də  avro ekoloji standartı tələbləri təyin olunub.

Benzin yanacaqları üçün ekoloji standartlar EN228, dizel yanacaqları üçün isə EN590 normativləri ilə tənzimlənir.

AVRO ekoloji standartlarının xarakteristikasını aşağıdakı kimi qruplaşdırmaq olar:

“Avro-1” ekoloji standartı

Bu standart 1992-ci ildən Avropa, ABŞ və Yaponiyada tətbiq edilməyə başlamaqla dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması uğrunda atılmış ilk addım sayılır. “Avro-1” ekoloji standartı dörd il hüquqi qüvvədə olub.

катализатор машины как он выглядит, его внешний вид и в разрезе

“Avro-1” standartının özəlliyi nədən ibarət idi: burada ətraf mühitə zərərli maddələrin atılmasının azaldılması məqsədi ilə avtomobildə katalitik neytralizatorun quraşdırılması nəzərdə tutulurdu və bu standartlar çərçivəsində avtomobil 80 min km yürüş etməyə qadir olmalıydı.

“Avro-2” ekoloji standartı

1996-cı ildə “Avro-1” ekoloji standartını əvəz etməklə həm yanacaqların keyfiyyətinə, həm də dizel və benzin mühərriklərindən ətraf mühitə atılan zərərli maddələrin miqdarına olan tələblər nəzərə çarpacaq dərəcədə sərtləşdirildi.

Bu standartların tətbiqi ilə karbürator tipli mühərriklər erası başa çatmış oldu və onları birbaşa püskürməli (injektor tipli) mühərrikli nəqliyyat vasitələri əvəvz etdi.

“Avro-3” ekoloji standartı

2000-ci ildə Avropada avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin buraxıla bilən miqdarını 30-40%-ə qədər azaldılmasını tələb edən yeni “Avro-3” ekoloji standartının tətbiqinə başlanıldı.

Buna necə nail olundu. Avtomobildə avtomatik nəzarət sistemi quraşdırıldı və o, yanacağın mühərrikə daxil olmasından tutmuş səsboğucudan keçərək tüstü şəklində ətraf mühitə atılmasına qədər bütün sistemin işini nəzarətdə saxlaya bilirdi. Sistemin standartlara əsasən daim işləməsi və özünü tənzimləməsi ətraf mühitə zərərli maddələrin atılmasının kifayət qədər azalmasına gətirib çıxarırdı.

“Avro-4” ekoloji standartı

2005-cı ildə tətbiqinə başlanışlmış “Avro-3” ekoloji standartı avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddalərin buraxıla bilən miqdarının əvvəlki standartla müqayisədə 65-70% sərtləşdirdi.

Buna nail olmaq üçün aşağıdakılar həyata keçirildi:

  • katalizator avtomobilin mühərrikinə daha yaxın məsafədə yerləşdirildi və xüsusi qızdırıcı ilə təchiz edildi.
  • emal edilmiş zərərli qazların təkrar sirkulyasiyası sistemi tətbiq edildi.
  • sistemə əlavə havanın daxil edilməsi üçün mexanizm yaradıldı.
  • qazların paylanma fazaları mühərrikin iş rejimindən asılı olaraq dəyişməyə başladı.
  • yanacağın injeksiyası birbaşa mühərrikin silindirlərində baş verdi.

“Avro-5” ekoloji standartı

Bu normalar Avropada artıq 2009-cu ildən tətbiq olunmağa başlamış və standartın tələbləri bu gün həyati zərurətə çevrilmişdir.

Avro-5 standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və yanma məhsullarının (bərk hissəciklər, azot oksidləri, karbonmonoksit, yanmamış karbohidrogenlər) ətraf mühitə tullanmasını kifayət qədər azaldır.

Bundan əlavə, bu standartda yanacağın istifadəsi zamanı:

  • yanacağın maksimal dərəcədə yanması təmin edilir
  • mühərrikdə və yanacaq sistemində səs-küy və vibrasiya azalır
  • korroziya ehtimalı aşağı düşür
  • mühərriki işə salmağı asanlaşdırır
  • yanacaq istehlakını azaldır
  • avadanlıq ömrünü uzadır.

“Avro-6” ekoloji standartı

2014-cü ildən etibarən isə Avropada avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin miqdarına “Avro-6” ekoloji standartının təbiqinə başlanılmışdır. 2015-ci ildən bu günə qədər istehsal edilmiş bütün avtomobillərə mütləq qaydada şamil edilən bu standarta əsasən, zərərli maddələrin atmosferə atılması əvvəlki standartla müqayisədə 67% azalır.


Bu göstəricinin əldə edilməsi üçün yalnız avtomobilin eqzos sistemində (işlənmiş qazların çıxdığı yer) xüsusi avadanlığın quraşdırılması ilə nail olunur və bu səbəbdən də yanacağın tərkibi üzrə hər hansı yeni bir standartın tətbiq edilməsi nəzərdə tutulmur.

Ekoloji standartlar üzrə ətraf mühitə atılan zərərli maddələrə qoyulan tələblər aşağıdakı cədvəldə göstərilmişdir:

Benzin

  Standartın təsdiq tarixi CO THC VOC NOx HC+NOx PM
Avro-1 İyul 1992 2.72 (3.16) 0.97 (1.13)
Avro-2 Yanvar 1996 2.2 0.50
Avro-3 Yanvar 2000 2.3 0.2 0.15
Avro-4 Yanvar 2005 1.0 0.1 0.08
Avro-5 Sentyabr 2009 1.0 0.1 0.068 0.06 0.005**
Avro-6 Sentyabr 2014 1.0 0.1 0.068 0.06 0.005**

Dizel

  Standartın təsdiq tarixi CO THC VOC NOx HC+NOx PM
Avro-1 İyul 1992 2.72 (3.16) 0.97 (1.13) 0.14 (0.18)
Avro-2 Yanvar 1996 1.00 0.7 0.08
Avro-3 Yanvar 2000 0.64 0.50 0.56 0.05
Avro-4 Yanvar 2005 0.50 0.25 0.3 0.025
Avro-5 Sentyabr 2009 0.50 0.18 0.23 0.005
Avro-6 Sentyabr 2014 0.50 0.18 0.17 0.005

THC – total hydrocarbon – ümumi karbohidrogen

VOC – volatile organic compounds – uçucu üzvü birləşmələr

PM – particulate matter – asılı hissəciklər

** – yalnız birbaşa püskürməli mühərrikli nəqliyyat vasitələrinə şamil edilir.

Avtomobil yanacağının keyfiyyəti üzrə AVRO ekoloji standartları aşaödakı cədvəldə verilmişdir.

Avromobil benzinləri üzrə:

Göstəricilər Avro-2 Avro-3 Avro-4 Avro-5
Maksimal miqdar, %
Benzol 5.0 1.0 1.0 1.0
Kükürd (ppm**) 0.050 (500) 0.015 (150) 0.005 (50) 0.001 (10)
Aromatik karbohidrogenlər 42 35 35
Olefin karbohidrogenləri (doymamış) 18 14 14
Oksigen 2.3 2.7 2.7
Fraksiya tərkibi
100C qədər qovulanlar, az olmamalı 46 46 46
150C qədər qovulanlar, az olmamalı 75 75 75
Doymuş buxarların təzyiqi, kPa, çox olmamalı 60 60 60
Yuyucu aşqarların miqdarı Mütləq Mütləq Mütləq
*1%= 10 000 ppm

Dizel yanacağı üzrə:

Göstəricilər Avro-2 Avro-3 Avro-4 Avro-5
Kükürdün kütlə miqdarı 0.300 (3000) 0.050 (500) 0.035 (350) 0.005 (50)
Setan ədədi, az olmamalı 45 49 51 51
Sığlıq 15C, kg/m3 820-860 820-860 820-845 820-845
Kinematik özlülük 40C, mm2/c 2.0-4.5 2.0-4.5 2.0-4.0 2.0-4.0
Polisiklik aromatik karbohidrogenlərin miqdarı, %, çox olmamalı Normalaşdırılmır Normalaşdırılmır 11 3

Standartlara görə təyin olunan hər növ yanacaq yanma zamanı atmosferə buraxdığı zərərli maddələrin miqdarı və tərkibinə görə fərqlənir. Yuxarıda qeyd olunduğu kimi, standartın adında göstərilən sıra nömrəsinin artması yanacağın keyfiyyətinin yüksəlməsinin göstəricisidir.

Bu halda onun istifadəsi ətraf mühitə, avtomobilin mühərrik və yanacaq sisteminə daha az zərər verməsi ilə yanaşı, avtomobilin istismar keyfiyyətlərinin tam olaraq əldə edilməsinə şərait yaratmış olur.

CNG

Hazırda bütün mövcud yanacaqların ən etibarlı, ekoloji cəhətdən səmərəli və iqtisadi növü sıxılmış təbii qaz – CNG (Compressed natural gas) hesab olunur. Bu təmiz metan (CH4) – dır.

Картинки по запросу автомобили на газомоторном топливе

O, yeganə yanacaqdır ki, tüstüsü emal edilməmiş halda havaya buraxılarkən Avro 5 ekoloji standarlarının tələblərinə cavab verir.

Təbii qazda aldehid və digər hava toksinləri yoxdur.

• Tədqiqatlar göstərib ki, CNG ilə işləyən mühərriklərin səsi digər yanacaqla işləyən mühərriklərdən 30%  azdır.

• Təbii qaz çox az istixana təsirini yaradır.

Caspian Barrel

0

Your Cart