logo

Neft Fondu İtaliyadakı əməliyyatdan əldə etdiyi qazancını açıqladı

Views: 123

ARDNF üç il əvvəl İtaliyada €97 mln-a əldə etdiyi daşınmaz əmlakını €112 mln-a satdığını, həmçinin onun icarəsindən bu müddətdə €26 mln qazanc götürdüyünü bildirib.

Dövlət Neft Fondu (ARDNF) Milanda “Palazzo Turati” A tipli ofis binasını satıb.

“2016-cı ildə alınan Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10,36 min kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binası 112 mln. avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satılıb”, – ARDNF-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan, ümumilikdə, təqribən 26 mln. avro həcmində gəlir əldə edib ki, bu da illik 7,2% gəlirlilik deməkdir.

ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görəbu daşınmaz əmlakın satışı uğurlu hesab edilir. “Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-in daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da, öz növbəsində, daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”, – məlumatda Mövsümovun sözlərindən sitat gətirilir.

Qeyd edək ki, ARDNF”Palazzo Turati” ofis binasını 2016-cı ilin yanvar ayında 97mln. avroya alıb.

Caspian Barrel xatırladır ki, Bloomberg agentliyi hələ cari ilin iyun ayının sonlarında məlumat yaymışdı ki, Azərbaycan Dövlət Neft Fondu
“Palazzo Turati” ofis binasını satmaq üçün danışıqlar aparır. Maraqlıdır ki, o zaman “Bloomberg” agentliyi Azərbaycan tərəfinin daşınmaz əmlakı 112 və ya 126 mln avroya satacağına dair də məlumat yaymışdı.

0

Your Cart