logo

SOCAR-da əmək haqları 20% artırıldı

Views: 259

Azərbaycan Respublikasının ən böyük işəgötürəni və ən böyük vergiödəyicisi olan SOCAR əməkdaşlarının maaşlarını 20% artırdı

Картинки по запросу əmək haqları

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılmışdır.

SOCAR-dan verilən məlumata görə, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin etmişdir.

SOCAR qeyd edir ki, tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

Картинки по запросу нефтяники Азербайджана

Caspian Barrel xatırladır ki, AR Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin I yarısının yekunlarına əsasən, mədənçıxarma sənayesində çalışanların orta əmək haqları 3 079,5 manat təşkil edib. Dövlət sektorunda çalışanların orta əmək haqları 1 419,6 manat, özəl sektorda isə bundan 2,9 dəfə çox – 4 113,2 manat olub.

SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilirdi ki, şirkət üzrə işçilərin orta əmək haqları 968,10 manat təşkil edib.

1 mart 2018-ci il tarixindən etibarən, SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılmışdı.

Caspian Barrel yuxarıda qeyd olunanları nəzərə alaraq, ehtimal edir ki, hazırkı maaş artımından sonra SOCAR əməkdaşlarının orta əmək haqları 1278 manat təşkil edəcək.

0

Your Cart