logo

Azərbaycanda avtomobillərdə qazın istehlakı 30 dəfə artıb

Views: 147

Bu ilin yanvar-iyul aylarında “SOCAR PETROLEUM” QSC 11,9 milyon kubmetr sıxılmış təbii qaz (CNG) satıb. 

Картинки по запросу SOCAR CNG

Bu barədə “Report”a şirkətdən bildirilib. 

Məlumata görə, bunun 1,3 milyon kubmetri və yaxud təxminən 11%-i pərakəndə qaydada satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 30 dəfədən çox artıb.

Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR PETROLEUM”a məxsus 29 yanacaqdoldurma məntəqəsinin beşində bu mühərrik yanacağının satışı həyata keçirilir və yeddi YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır.

Cari ilin sonunadək isə “SOCAR PETROLEUM” QSC-in CNG satışını həyata keçirən yanacaq doldurma məntəqələrinin sayının 21-ə çatdırılması planlaşdırılır.

Xatırladaq ki, CNG – beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır.

0

Your Cart