logo

18 ildə Neft Fonduna $148 mlrd.-dan çox vəsait daxil olub

Views: 73

2001-2018-ci illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) $148,2 mlrd. məbləğində vəsait daxil olub. Bu barədə fondun 2018-ci ilə dair illik hesabatında deyilir.

Fondun saytında dərc olunmuş hesabata əsasən, 2001-2018-ci illərdə ARDNF-ə daxil olmuş vəsaitin 74%-i xərclənib, qalan 26% və ya $38,5 mlrd. isə yığıma yönəldilib.

Fonda daxil olmuş vəsaitlərin əsas hissəsi dövlət büdcəsinə transfert edilib. 2003-2018-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 88,6 mlrd. manat və ya $93 mlrd., 2018-ci ildə isə 10 mlrd. 959 mln. manat vəsait transfert edilib.

2018-ci ilin sonuna ARDNF-in aktivləri 7,56%-ə qədər artaraq $38 mlrd. 515,2 mln. təşkil edib.

2018-ci ildə ARDNF-in investisiya portfeli ilə bağlı toplam gəlirlilik göstəricisi 0,35% təşkil edib. Son 10 il ərzində (2009-2018-ci illər) fondun portfelinin orta gəlirliliyi ildə 1,59%-ə bərabər olub.

Картинки по запросу neft gəlirləri

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

interfax.az

0

Your Cart