logo

SOCAR “Aqrolizinq”ə karbamid satışına başladı

Views: 264

SOCAR karbamid zavodu (SOCAR Carbamide Plant) “Aqrolizinq” ASC-yə kadbamid satışına başlayıb. Bu barədə zavodun baş direktoru Xəyal Cəfərov məlumat verib.

“Bu şirkətə satılan partiyanın həcmi 25 min ton karbamid təşkil edib”, – X.Cəfərov SOCAR-ın saytında video müraciətdə bildirib.

O qeyd edib ki, ümumilikdə zavod yerli bazarda müəssisədə istehsal olunan bütün məhsulun 30%-ni realizə etməyi nəzərdə tutur.


SOCAR-ın məlumatına görə, indiyədək karbamid zavodunda 60 min ton karbamid istehsal olunub, bunun təqribənm 45 min tonu tender əsasında Türkiyə və Ukrayna, yerli bazarda – “Azfert” MMC-yə ixrac olunub.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Sumqayıtda yerləşən “SOCAR Carbamide” zavodunda istehsal olunan karbamid məhsulunun satışı ilə məşğul olur.

Xəbər verildiyi kimi, 2019-cu ilin iyul ayında “Aqrolizinq” SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə 10,5 mln. manat dəyərində (cari məzənnə ilə $6,18 mln.) karbamid gübrəsinin satın alınması haqqında müqavilə bağlayıb.

Daha əvvəl zavodun baş direktoru Xəyal Cəfərov bildirmişdi ki, müəssisənin hesablamalarına görə, daxili bazarda karbamidin əsas alıcısı “Aqrolizinq” ASC olacaq.

“SOCAR Carbamide” zavodu 2019-cu il yanvarın 16-da istismara verilib. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Azərbaycanın karbamidə daxili tələbatı illik 150 min tona qədər təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, hazır məhsulun illik 500 min tonunadək həcmi ixraca göndəriləcək.

Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.

Zavodun tikintisinin ümumi dəyəri 780 mln. avro təşkil edib. Bunun 197 mln. avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait, 500 mln. avro – borc vəsait, 83 mln. avro – SOCAR-ın öz vəsaiti hesabına tikinti zamanı büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.

interfax.az

0

Your Cart