logo

Günəşlidə platformada bədbəxt hadisə

Views: 180

Operator qeyri-iş vaxtı dünyasını dəyişib…

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə insan ölümü faktı ilə nəticələn hadisə qeydə alınıb.

Caspian Barrel SOCAR mətbuat xidmətinə istinad bildirir ki, Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilmiş və vəfat etdiyi müəyyənləşdirilmişdir.

İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyyəsinin xəsarəti və beyinə qan sızması səbəb olmuşdur.

Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır.

SOCAR bildiri ki, hadisə ilə bağlı ictimaiyyət üçün əlavə məlumat veriləcəkdir.                               

0

Your Cart