logo

Azərbaycanda ilk dəfə dizel mühərrikli avtomobillərə CNG quraşdırılıb

Views: 161

SOCAR Petroleum” QSC və “İntra Caspian” MMC birgə sınaq layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq dizel mühərrikli avtomobillərə CNG sistemini quraşdırıblar.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumta görə, ilkin sınaqların nəticəsi CNG-dizel yanacağının istifadəsinin mümkün və səmərəli olduğunu təsdiqləyib. O cümlədən, ekoloji müayinə zamanı dizel mühərriklərində tüstünün miqdarının iki dəfədən cox azalması müşahidə olunub. Bildirilib ki, birgə sınaq layihəsi tamamlandıqda, dizel mühərrikli avtomobillərin və ağır texnikanın CNG-yə keçirilməsi layihəsinin kommersiya mərhələsi planlaşdırılır.

Qeyd edək ki, CNG (sıxılmış təbii qaz və ya “compressed natural gas”) beynəlxalq təcrübəyə əsasən benzin və dizel yanacaq növlərinin əsas alternatividir.

Satış qiymətinin aşağı olması bu mühərrik yanacağından istifadə edən istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Ekoloji cəhətdən CNG ən təmiz mühərrik yanacağıdır və AVRO-6 ekoloji standartının tələblərinə cavab verir. 

0

Your Cart