logo

Son 15 ildə Azərbaycan iqtisadiyyatına $130 mlrd xarici sərmayə yatırılıb

Views: 77

2004-2018-ci illər ərzində Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin həcmi $130 mlrd.-a yaxın təşkil edib.

Похожее изображение

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“2004-cü ildən 2018-ci il daxil olmaqla Azərbaycan iqtisadiyyatına sərmayələr $260 mlrd. təşkil edib, bunun təqribən 50%-i xarici investisiyaların payına düşüb”, – Mustafayev bu gün Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda bildirib.

Onun sözlərinə görə, hazırda özəl sektorun ÜDM-də payı 85%, məşğulluqda – 76% təşkil edir.

O cümlədən, Mustafayev məlumat verib ki, 2004-cü ildən etibarən Azərbaycanda ÜDM-in artımı 3 dəfə təşkil edib. 

interfax.az

0

Your Cart