logo

“SOCAR Turkey Doğal Gaz Yatırım” şirkəti yaradıldı

Views: 135

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın “EWE A.G” şirkətindən alınmış 5 Türkiyə şirkətinin idarə oluması üçün “SOCAR Turkey Doğal Gaz Yatırım A.Ş.” şirkətini yaradıb.

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

“SOCAR-ın sərəncamına keçən “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərinin idarə olunması üçün “SOCAR Turkey Doğal Gaz Yatırım A.Ş.” şirkəti yaradılıb. Şirkətin direktoru Günter Seymus təyin edilib”, – deyə məlumatda bildirilir.

G.Seymus 10 ildən çoxdur Türkiyədə (Petkim və STAR zavodlarında) və digər ölkələrdə SOCAR-ın biznesinin inkişafı məsələləri ilə bağlı müxtəlif vəzifələrdə çalışıb. O, 2016-cı ilin may ayından “SOCAR Turkiye Energy” şirkətinin baş direktorunun müşaviri olub.

SOCAR cari ilin yanvar ayında “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”in və qrupa daxil olan şirkətlərin satın alındığını elan edib. EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi iyunun 17-də yekunlaşıb.

Türkiyə KİV-nin məlumatına görə, sövdələşmənin dəyəri $140-150 mln. təşkil edir.

interfax.az

0

Your Cart