logo

SOCAR sürtkü yağları istehsalını 77% azaldıb

Views: 67

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7% – 1 mlrd. 256,1 mln. manata qədər artıb.

Картинки по запросу sürtkü yağları

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 47,9% – 136,4 min tonadək, kerosin istehsalı 2,7% – 254,4 min tonadək, dizel yanacağı istehsalı 4,2% – 885,9 min tonadək, soba mazutu istehsalında 9% – 32,8 min tonadək artıb.

Yanvar-may aylarında avtomobil benzini istehsalı 4,2% – 499,8 min tonadək, neft bitumu istehsalı 34,9% – 72,8 min tonadək, sürtkü yağı istehsalı 76,6% – 6,8 min tonadək, neft koksu istehsalı 7,4% – 102 min tonadək azalma qeydə alınıb.

Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.

0

Your Cart