logo

SOCAR AQŞ ‘’Qərbi Abşeron’’ yatağında daha bir quyunu başa çatdırdı

Views: 363

17 nömrəli quyuda qazma işləri vaxtından əvvəl uğurla başa çatdırılıb

Caspian Barrel-ə SOCAR AQŞ-dən verilən məlumata görə, müəsisə  10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi  796 m olan 17 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”, deyə SOCAR AQS-nin məlumatında bildirilir.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

* SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və  ‘’Bulla’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ)  ‘qazma işləri aparır.

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services Abşeron Qazma MMC-dir.

0

Your Cart