logo

Qazaxıstanın “Satti” üzən qazma qurğusu Bakıya gətirilib

Views: 1041

Qazaxıstanın milli neft şirkəti “KazMunayQaz” SC “Satti” özüqalxan üzən qazma qurğusunu Bakıya gətirilib Bu barədə SC-dən məlumat verilir.

“Dünən Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və “KazMunayQaz”ın İdarə Heyətinin sədri Alik Aydarbayevin iştirakı ilə “Satti” özüqalxan üzən qazma qurğusunu rəsmi qarşılanma mərasimi keçirilib”, – məlumatda qeyd edilir.

“Bu cür layihələr dostluq və iki şirkətin konstruktiv əməkdaşlığın rəmzidir. Biz tərəfdaşlarımızla gələcəkdə də birgə fəaliyyəti inkişaf etdirmək və ümumi layihələri dəstəkləmək niyyətindəyik. Bu nəinki hər iki tərəf üçün imkanların genişləndirilməsinə səbəb olur, həm də Qazaxıstanın neft-qaz sektorunun səlahiyyəti və rəqabətə davamllığını artırmağa imkan yaradır”, – məlumatda A.Aydarbayevin sözlərindən sitat gətirilir.

Satti” özüqalxan üzən qazma qurğusu (ÖÜQQ) Xəzər dənizində 80 metr dərinlikdə qazma işləri üçün nəzərdə tutulur. Azərbaycanda ÖÜQQ-nin istismarı çərçivəsində onun modernləşdirilməsi nəzərdə tutulur, bu da 6 min metrədək kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasını təmin edəcək.

“Həmçinin mütəxəssislərdən ibarət Qazaxıstan-Azərbaycan komandası təşkil olunub ki, qazma işləri və texniki dəstəyin göstərilməsində iştirak edəcək”, – məlumatda vurğulanır.

Xəbər verildiyi kimi, 2019-cu ilin fevral ayında “KazMunayQaz” Satti” özüqalxan üzən qazma qurğusunun SOCAR-a etibarlı idarəetməyə verilməsinə dair razılığa gəlib. Müqavilələrə əsasən, Qazaxıstanın qazma qurğusu modernizə işləri aparıldıqdan sonra Abşeron yarımadasının dayazsulu hissəsində BP Absheron Limited şirkəti tərəfindən “Shallow Water Absheron Peninsula” (SWAP) layihəsində qazma əməliyyatlarında istifadə ediləcək.

İnterfax.az

0

Your Cart