logo

Rusiya ilə Azərbaycan neftinin nəqli bərpa edilir

Views: 56

SOCAR iyul ayından etibarən Bakı-Novorossiysk neft kəməri ilə neft ixracını bərpa edəcək. Bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov deyib.

“2019-cu il iyul ayından Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin ixracı bərpa olunacaq”, – Nəsirov bu gün jurnalistlərə bildirib.

Eyni zamanda, o iyulda şirkətin “şimal” marşrutu ilə ixrac etməyi planlaşdırdığı neftin həcmini dəqiqləşdirməyib.

Bir qədər sonra Rusiyanın “Transneft” şirkəti prezidentinin müşaviri İqor Demin bildirib ki, SOCAR 2019-cu ilin III rübündə Bakı-Novorossiysk boru kəməri ilə 320 min ton neft ixrac etməyi planlaşdırır.

“Üçüncü rüb üçün sifariş 320 min ton, həımçinin iyul və avqustda hər birində 80 min ton, sentyabrda – 160 min ton təşkil edir”, – Demin bildirib.

2019-cu ilin mart ayında SOCAR Bakı-Novorossiysk boru kəmərində qrafikə uyğun təmir işləri ilə əlaqədar neft ixracını dayandırıb. Müfəttiş və təmir işləri dövründə SOCAR-ın neft həcmləri Ceyhana yönəldiləcək.

Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib ki, cari ilin yanvar-aprel aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 249,71 min ton, o cümlədən apreldə 173 ton neft nəql olunub SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. tona qədər neft nəql edəcək.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

interfax.az

0

Your Cart