logo

Nazir: Azərbaycan hasilatın azalmasına dair öhdəliyin icrasına başlayıb

Views: 112

Azərbaycan aprel ayından etibarən OPEC+ çərçivəsində hasilatın azalmasına dair öhdəlikləriin yerinə yetirilməsinə başlayıb. Bunu energetika naziri Pərviz Şahbazov bu gün jurnalistlərə açıqlamasında bəyan edib.

“Bəli, nail olduq və yerinə yetiririk”, – P.Şahbazov “İnterfaks-Azərbaycan”a Azərbaycanda neft hasilatının azalmasınəı şəhr edərkən bildirib.

Həmçinin, nazir məlumat verib ki, iyunda nazirlər səviyyəsində görüşdə ötən dövür ərzində neft bazarında baş verən hadisələr və neft bazarının tənzimlənməsi üçün zəruri addımlar müzakirə olunacaq.

“Bu müzakirələrin yekunları üzrə cari ilin ikinci yarısına neft hasilatına dair yeni qərarların qəbulu mümkündür. Dünya neft bazarında cari vəziyyətdən asılı olaraq qərarlar hasilatın azalması və ya artımı ilə əlaqədar ola bilər”, – P.Şahbazov vurğulayıb.

Xəbər verildiyi kimi, 2019-cu ilin birinci rübündə Azərbaycanda orta sutkalıq neft hasilatının həcmi 799 min barel təşkil edib. 2018-ci il dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel – 776 min barrelədək azaltmaq öhdəliyi götürüb.

Öncə P.Şahbazov bəyan edib ki, hazırda Azərbaycanda gündəlik neft hasilatı 770 min barel təşkil edir.

2018-ci il dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.

2018-ci ildə Azərbaycanda gündəlik 792,6 min barel neft hasil olunub.

İnterfax.az

0

Your Cart