logo

Əliyev: Neft-qaz sektoru Azərbaycan üçün prioritet olaraq qalacaq

Views: 52

Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) layihəsinin uğurla reallaşdırılacağına əmindir.

“Bu iri layihənin uğurla reallaşdırılmasına nail olacağımıza əminəm. Çünki həm beynəlxalq əməkdaşlıq, həm də maliyyə resursları baxımındam layihənin reallaşdırılması üçün problemlər yoxdur”, – Əliyev çərşənbə günü 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu onunla şərtlənir ki, Azərbaycanmla yanaşı dünyanın aparıcı maliyyə strukturları CQD layihəsinin reallaşdırlmasına kreditlər ayırıb: Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı və s.

Əliyev bildirib ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük önəm kəsb edir. “Bizim həyata keçirdiyimiz layihələr həm ölkəmizin, həm də bir sıra digər dövlətlərin enerji təhülkəsizliyini təmin edir. Azərbaycan nefti və qazı müxtəlif yollarla dünya bazarlarına ixrac olunur. Enerji təhlükəsizliyi və enerji resursların şaxələndirilməsi məsələlərində Azərbaycanın rolu yüksək dəyərləndirilir. Biz bu məsələlər üzrə uğurlu və davamlı siyasət yürüdürük”, – prezident vurğulayıb.

Prezident Əliyev əsası 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə “Əsrin müqaqviləsi”, daha sonra “Şahdəniz” qaz yatağının işlənməsi ilə qoyulan dünyanın aparıcı neft-qaz şirkətləri ilə Azərbaycanın beynləxalq əməkdaşlığına toxunub. Dövlət başçısının sözlərinə görə, bu müqavilələr hökumətə ölkədə vəziyyəti sabitləşdiməyə və inkişaf yoluna çıxmağa imkan yaradıb.

“İxrac neft və qaz boru kəmərlərinin inşası və 2006-2007-ci illərdə istifadəyə veriləndən sonra Azərbaycan yeni səviyyəyə qədəm basıb. Hesab edirəm ki, yaxın illərdə yeni yataqlardan enerji ehtiyatları hasil edəcəyik”, – Əliyev bəyan edib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı üzrə iş həyata keçirir. “Lakin bundan sonra da neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq. Neft-qaz sektoru bizim üçün prioritet sahə olaraq qalacaq”, – o vurğulayıb.

0

Your Cart