logo

Azərbaycanda ən yüksək əmək haqqı verilən sahə hansıdır?

Views: 212

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 3 273 manata bərabər olub.

Похожее изображение

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, mədənçıxarma sənayesinin qeyri-dövlət sektorunda orta aylıq əmək haqqı 4 452 manat (saatı orta hesabla 25,29 manat), dövlət sektorunda isə orta aylıq əmək haqqı 1 415 manat (saatı 8,04 manat) olub.

Məlumat üçün bildirək ki, mədənçıxarma sənayesində qeydə alınan orta aylıq əmək haqqı Nazirlər Kabineti üzvlərinin əmək haqqından yüksəkdir.

Qeyd edək ki, hazırda Azərbaycanda baş nazir 2 460 manat, baş nazirin birinci müavini 2 160 manat, baş nazirin müavini 2 060 manat, Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi isə 1 925 manat təşkil edir.

0

Your Cart