logo

Azərbaycan nefti Türkiyənin idxal bazarının neçə faizini təşkil edir?

Views: 109

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 207 min 85,042 ton xam neft ixrac edib.

Картинки по запросу turkey crude oil import 2018

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (\EPDK) məlumatında deyilir.

Yanvar-fevral aylarında Azərbaycan Türkiyə bazarına neft ixrac etməyib.

Məlumata görə, cari ilin fevral ayında Türkiyəyə 129 min 85,042 ton Azərbaycan nefti ixrac olunub. Hesabat ayında bu ölkəyə xam neft və neft məhsullarının tədarükünün ümumi həcmində 3,84% Azərbaycanın payına düşüb.

2019-cu ilin fevral ayında Türkiyə 3 mln. 365,548 min ton neft və neft məhsulları, o cümlədən 2 mln. 342,95 min ton xam neft (artım 78,3%) idxal edib.

Qurumun məlumatına əsasən, “SOCAR Turkey Enerji” şirkəti tərəfindən nəzarət olunan “STAR” NEZ 2019-cu ilin yanvar-fevral aylarında 443,343 min ton neft (fevralda 383,343 min ton) alıb.

19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.

İnterfax.az

0

Your Cart