logo

TANAP-ın Avropaya istiqamətlənmiş hissəsində sınaq işləri başladı

Views: 63

konsorsiumunda Caspian Barrel-ə təqsdiqləyiblər ki, Transanadolu qaz boru kəmərinin (TANAP) TAP boru kəməri ilə birləşəcək hissəsində sınaq işlərinə başlanılıb.

Test işləri dünən başlamış və boru kəməri təbii qazla sınaqdan keçirilir. Qeyd etmək lazımdır ki, bu test işlərinin əhatə dairəsi Eskişehir qəsəbəsindən başlayır və Türkiyə-Yunanıstan sərhədində, İpsala kəndinin yaxınlığında başa çatır.

TANAP konsorsiumu test aparılan hissəni “Faza 1” layihəsi adlandırır və onun uzunluği təxminən 500 km-dir. “Faza 1” layihəsi TANAP boru kəməri ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuşdur.

Testin ilkin mərhələsində qaz kəmərinə 40 milyon kubmetr qaz vurulacaq, daha sonra tədricən həcmlər 85 milyon kubmetrə çatacaq.

Bu qaz həcmi TANAP qaz kəmərində qalacaq, çünki Trans Adriatik Boru Kəməri (TAP) hələ Avropadakı istehlakçılara Azərbaycan qazını qəbul etməyə hazır deyil.

TANAP-ın icraçı direktoru Saltuk Düzyol əvvəllər TANAP-ın tikintisinin 98% tamamlandığını bildirmişdi. TANAP rəhbəri əlavə etmişdi ki, əgər hər şey qrafik üzrə gedərsə, 2020-ci il iyulun 1-də TANAP vasitəsilə Avropaya qaz tədarükü gözlənilir.


Saltuk Düzyol

TANAP “Faza 0” layihəsinin (Gürcüstan sərhədindən Eskişehirə qədər) istismara verilməsi 2018-ci il iyunun 12-də həyata keçdi. “Faza 0” layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyə bazarına çatdırılması 2018-ci il iyunun 30-da başlayıb.

2018-ci ilin yekunlarına görə, Türkiyə Azərbaycandan 7 milyard 521,15 milyon kubmetr qaz idxal edib (14,9 faiz artım). Belə ki, bu həcmlərin 1 milyard kubmetr TANAP kəməri ilə idxal edilib. Bu il TANAP boru kəməri ilə Azərbaycan qazının Türkiyə bazarına çıxarılması həcmi 3 milyard kubmetrə qədər artırılmalıdır.

0

Your Cart