logo

İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

Views: 77

Təyyarələrin illik ehtiyacının 700 min tonu “SOCAR TÜRKİYƏ” tərəfindən təmin olunacaq

Картинки по запросу İstanbul hava limanı SOCAR

Caspian Barrel-ə SOCAR mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin ən böyük birbaşa xarici investoru olan Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti – “SOCAR Türkiye” İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəlib.

“SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirdi.

SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

Murad Ərdoğan “SOCAR Türkiye”nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini bildirmiş və qeyd etmişdir: “Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı və Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.

SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan Ərdoğan daha sonra demişdir: “SOCAR Aviation” qurulduğu gündən etibarən çox mühüm fəaliyyətlər göstərmiş, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olmuşdur. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Türkiye”nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.

Təyyarə yanacağı bazarının getdikcə artan gücü 

Türkiyənjin aviasiya sektoruna 2013-cü ildə “SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında “Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlamışdır.

Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələr ilə genişlənməyə davam eden “SOCAR Aviation”, 2016-cı ildə “Türk Hava Yolları”nın Atatürk hava limanındaki yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaq ilə təchiz etməyə başlamışdır.

Cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcəkdir.

0

Your Cart