logo

Famil Sadıqov “Gazprom” sədrinin müavini vəzifəsinə təyin edilib

Views: 435

Famil Kamil oğlu Sadıqov “Gazprom” Səhmdar Cəmiyyəti sədrinin maliyyə-iqtisad məsələləri üzrə müavini vəzifəsinə təyin edilib.

Похожее изображение

Sadıqov bu vəzifədə dövlət qulluğuna keçmiş Andrey Kruqlovu əvəzləyib.

2009-cu ildən indiyədək F. Sadıqov “Gazprombank” İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

F.Sadiqov 3 mart 1968-ci ildə Naxçıvanda anadan olub. Sergo Ordzhonikidze adına Dövlət İdarəçilik Akademiyasını (Moskva) “avtonəqliyyatın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bitirib. Həmçinin Ümumrusiya Vergilər Akademiyasının məzunudur.
İqtisad elmləri namizədidir.

F.Sadıqov 1995-1996-cı illərdə RF maliyyə nazirinin I müavinin müşaviri vəzifəsində çalışmışdır.

1997-1998-ci illərdə Rusiya Federal Yolar Xidmətində çalışıb.

1998-1999-cu illərdə Rusuya Federal Yollar Xidməti rəhbərinin müavini vəzifəsində işləyib.

1999-2004-cü illərdə Rusiya Federasiyasının vergilər və yığımlar nazirinin müavini, 2005-ci ildən 2009-cu ilədək – Federal Xəzinədarlıq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

2009-cu ildə “Gazprombank” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

Caspian Barrel

0

Your Cart