logo

Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 27% artıb

Views: 151

Şahdıniz-2 layihəsinin işə düşməsi ilə Azərbaycanın Gürcüstan və Türkiyəyə qaz ixracı artmağa başlayıb.

Bu ilin birinci rübündə Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Azərbaycan ərazisində ona paralel tikilmiş yeni boru kəməri) vasitəsilə 2,61 mlrd. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,3% çoxdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda qazın nəqlinin 33,5%-i Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Ümumiyyətlə, yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 7,8 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8% artım müşahidə olunub.

0

Your Cart