logo

BP-nin Azərbaycanda neft hasilatı azalır, qazı isə – artır

Views: 167

Bu barədə “BP Group” şirkətinin 2018-ci il üzrə hesabatında məlumat verilir.

Hesabata əsasən, 2018-ci ildə Azərbaycanda BP şirkətinin törəmə müəssisələri vasitəsilə həyata keçirdiyi xalis neft və kondensat hasilatı gündəlik olaraq 72 min barel təşkil edib.

Qeyd olunur ki, 2017-ci və 2016-cı illərdə neft və kondensat hasilatı göstəriciləri müvafiq olaraq 90 və 105 min barel təşkil etmişdi.

BP-nin 2018-ci ildə Azərbaycandakı layihələr üzrə təbii qaz istehsalı gündə 256 milyon kub fut təşkil edib. 2017-ci ildə hasilat gündə 232 milyon kub fut olmuşdu. Hesabata görə, bu rəqəm 2016-cı ildə gündə 245 milyon kub fut təşkil etmişdi.

Xatırladaq ki, BP 1992-ci ilin iyun ayında Bakıda ofisini açıb. Şirkət Azərbaycanda dənizdəki neft və qaz aktivlərini idarə edir. Şirkət hazırda “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” dəniz yataqlarında hasilatla məşğul olur. Bundan əlavə “Dayazsulu Abşeron” və Şəfəq-Asiman” layihələrində bu il ilk kəşfiyat qazma işlərinə başlamağa hazırlaşır. Şirkətin həmçinin D-230 kimi Xəzərin Azərbaycan sektorunun şimal hissəsində geoloji-kəşfiyyat laihəsi də var. Bundan əlavə BP ilk dəfə olaraq Azərbaycanın quru hissəsində – “Qərbi Qobustan” yatağında qaz axtarışı ilə bağlı kiçik layihə həyata keçirir.

Caspian Barel

0

Your Cart