logo

Bərdədə istifadəsiz quyudan neft çıxıb

Views: 46

Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.
Ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb.

Xəzər Tv-nin məlumatına görə, hətta qazılan quyulardan neft də çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb. Bu da həmin qapadılan quyulardan biridir.

Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələ qədər kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.

0

Your Cart