logo

Azərbaycan iqtisadiyyatını neftin ucuz qiymətlərində nə gözləyir?

Views: 61

Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının yaxın beş ildəki vəziyyətinə dair proqnozlarını açıqlayıb.

Caspian Barrel xatırladır ki, əksər beynəlxalq maliyyə və enerji agentlikləri, o cümlədən aparıcı neft şirkətləri 2025-ci ilədək neftin qiymətinin bir barel üçün 60-70 dollar dəhlizində dəyişəcəyini proqnoz edirlər.

İnterfax Beynəlxalq Valyuta Fonduna istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırılır. Bu barədə Fondun dərc etdiyi World Economic Outlook aprel ayının icmalında qeyd olunur.

2018-ci ilin oktyabr ayında VBF cari il üçün Azərbaycanda ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırırdı.

Fondun qiymətləndirmələrinə əsasən, 2020-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,1%-dək azalacaq.

Fondun proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in artımı 1,7% təşkil edəcək.

2019-2020-ci illıərdə Azərbaycanda inflyasiya 2,5% təşkil edəcək. Fond 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırır.

BVF 2019-cu ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 11,7% (oktyabr proqnozu – ÜDM-in 8,1%-i), 2020-ci ildə – ÜDM-in 13,3%, 2024-cü ildə – ÜDM-in 12,8% səviyyəsində proqnozlaşdırır.

2019-2020-ci illərdə Azərbaycanda işsizlik göstəricisi 5% səviyyədə qalacaq.

Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin artımını 3,6%, 2020-ci ildə – 3,8%, cari il orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.

2018-ci ildə Azərbaycanda ÜDM 1,4%, inflyasiya 2,3% artıb, tədiyə balansının profisiti – ÜDM-in 12,2%-ni təşkil edib.

0

Your Cart