logo

Aİ Yunanıstan-Bolqarıstan interkonnektorun tikintisinə 33 mln. avro ayıracaq

Views: 65

Avropa İttifaqı Yunanıstan-Bolqarıstan interkonnektorun (IGB) tikintisinə 33 mln. avro ayırır. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

“AK Aİ-nin 10 üzv ölkəsində 25 infrastruktur layihədən ibarət 4 mlrd. avro ümumi məbləğində investisiya paketini təsdiq edib. Bu layihələr arasında Yunanıstan-Bolqarıstan qaz kəməri yer alıb. Bu kəmərin tikintisinə Aİ tərəfindən 33 mln. avro ayrılacaq”, – məlumatda deyilir.

Aİ-nin məlumatına görə, bu layihənin reallaşdırlması ilə iki ölkənin qaz sistemləri “regionda qaz mənbələrinin şaxələndirilməsinə şərait yaradaraq və onun enerji təhlekəsizliyini artıraraq” ilk dəfə birləşəcək.

Bütövlükdə, AK-nin təsdiq etdiyi layihələrin investisiya paketinə Bolqarıstan, Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Malta, Polşa, Portuqaliya və Rumıniya daxildir. Layihələr sahələrin geniş spektrini əhatə edir: səhiyyə, nəqliyyat, araşdırma, ətraf mühit, energetika. Dövlətlə birgə maliyyələşdirmə zamanı bu layihələrə investisiyaların ümumi həcmi 8 mlrd. avro təşkil edəcək.

Öncə Bolqarıstanın energetika naziri Temenujka Petkovaya istinadən məlumat verilib ki, IGB Bolqarıstandan Azərbaycana qaz tədarükü üçün strateji əhəmiyyət kəsb edir. IGB-nin tikintisi 220 mln. avro həcmində qiymətləndirilir. Qaz kəmərinin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Xəbər verildiyi kimi, “Bulgargaz” və SOCAR arasında imzalanmış təbii qazın tədarükü haqqında müqaviləyə uyğun olaraq Bolqarıstan 2020-ci ildən etibarən hər il “Şahdəniz” yatağından hasil edilən 1 mlrd. kubmetr təbii qaz alacaq.

interfax.az

0

Your Cart