logo

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft nəqlini 56% artırıb

Views: 75

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2019-cu ilin yanvar-fevral aylarında Bakı-Novorossiysk neft kəməri ilə 249,54 min ton neft ixrac edib.

Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-fevral aylarında Azərbaycandan Novorossiysk limanına 249,54 min ton, o cümlədən fevralda 164,58 min ton neft nəql olunub”, – deyə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.

2018-ci ilin yanvar-fevral aylarında Bakı-Novorossiysk kəməri ilə 159,6 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2019-cu ilin yanvar-fevral aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 56,4% artıb.

SOCAR 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1 mln. 212,7 min ton neft nəql edib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. tonadək neft ixrac edəcək.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

interfax.az

0

Your Cart