logo

Azərbaycan və İran yeni enerji dəhlizlərinin yaradılmasını nəzərdən keçirirlər

Bakı və Tehran Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması imkanını müzakirə edir. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın enerji naziri Reza Erdekanian bu layihınin reallaşdırılmasını müzakirə ediblər.

“Tərəflər Azərbaycan-İran enerji əməkdaşlığının genişləndirilməsi, İran, Azərbaycan və Gürcüstan arasında “Cənub-Qərb” enerji dəhlizi üzrə şəbəkələrin birləşdirilməsi, Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması məsələlərini müzakirə ediblər”, – məlumatda qeyd olunur.

R.Erdekanian energetika sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, həyata keçirilən layihələrin həm İran, həm də Azərbaycanın enerji sistemlərinin inkişafında əhəmiyyətini vurğulayıb.

O cümlədən, tərəflər bildiriblər ki, 2018-ci ildə Bakıda Azərbaycan, İran və Rusiya elektrik enerjisi sistemlərinin birləşdirilməsi məqsədilə üçtərəfli işçi qrup yaradılıb. Ötən ilin oktyabrında işçi qrupun ilk iclası keçirilib.

0

Your Cart