logo

SOCAR Türkiyədə 600-700 YDM-dən ibarət şəbəkə satın almağı planlaşdırır

Views: 75

İndiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri $14,2 mlrd. təşkil edib.

Zaur Qəhramanov

“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi, ARDNŞ) Türkiyədə 600-700 yanacaqdoldurma məntəqəsindən (YDM) ibarət şirkəti satın almağı planlaşdırır. Bu barədə “SOCAR Turkiye Enerji”nin baş direktoru Zaur Qəhrəmanov deyib.

“Şirkət Türkiyədə yanacağın paylanması sektorunda da fəaliyyətini genişləndirməyi nəzərdə tutur. “SOCAR Turkiye” İstanbulun yeni aeroportunda 9 YDM-nin açılmasına dair tenderin qalibi olub (2018-ci ilin noyabr ayında – İF), bu günlərdə isə Almaniyanın EWE A.G.şirkətinin Türkiyədə qaz paylanması şirkətlərinin satın alınmasına dair razılığa gəlib. Hazırda şirkət ən azı 600-700 AYM-nin sahibi olan şirkətin satın alınması imkanını nəzərdən keçirir”, – Z.Qəhrəmanov Türkiyə mətbuatına müsahibəsində bildirib.

O, həmçinin məlumat verib ki, indiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri $14,2 mlrd. təşkil edib. Gələcək 3 il ərzində şirkət Türkiyədə layihələrə daha $5,3 mlrd. yatırmaq niyyətindədir.

Z.Qəhrəmanovun sözlərinə görə, hazırda “SOCAR Turkiye Enerji”nin bazar qiyməti təxminən $11 mlrd. həcmində qiymətləndirilir.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

“SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın alıb. EWE Turkey Holding enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi. 

interfax.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart