logo

SOCAR prezidenti Türkiyənin energetika naziri ilə görüşüb

Views: 223

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev fevralın 20-də SOCAR Tower-də Türkiyə Cümhuriyyətinin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Caspian Barrel-ə SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir meqa layihənin gerçəkləşməsində hər iki qardaş ölkənin dövlət başçılarının göstərdiyi qətiyyətli mövqe və siyasi həmrəylik həlledici faktorlar kimi qeyd olunmuş, SOCAR-ın Türkiyədə həyata keçirdiyi bütün əməliyyatlarında ölkə başçıları İlham Əliyev və Recep Tayyip Erdoğanın göstərdiyi diqqət və davamlı dəstək xüsusi vurğulanmışdır.

SOCAR-ın Türkiyədə həyata keçirdiyi nəhəng investisiya layihələri müzakirə edilmiş, onların Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılmışdır. 

Rəsmi görüş və müzakirədən sonra qonaqlar SOCAR Tower-də ölkəmizin qədim neft tarixini və Ümummilli lideri tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olmuşlar.

 

0

Your Cart