logo

Bakıda mineral gübrələr üzrə Argus konfransı keçiriləcək

2019-cu il martın 14-15-də Bakıda “Boulevard Hotel Baku” otelində “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriəcək.

Картинки по запросу argus media

Müzakirə olunacaq mövzular sırasında SOCAR Carbamide zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionu gübrə istehsalçılarının ixrac tədarüklərinin əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və s. vardır.

Xəzər regionu və Orta Asiya ölkələrində mineral gübrələrin istehsalı üzrə bu ölkələrin daxili bazarlarının tələbatını məhsul buraxılışına görə üstələyən yeni vasitələrin işə salınması Qara dəniz limanlarında ixrac təkliflərinin həcmini artıracaq. Gürcüstan limanları istiqamətində karbamid və digər növ gübrələrin daşınması üzrə nəzərdə tutulan artım Xəzər-Qara dəniz regionunun nəqliyyat və logistika infrastrukturuna yeni çağırışlar yaradır.

Sumqayıtda SOCAR Karbamid zavodunun işə salınması Azərbaycanın karbamidə olan tələbatını ödəyəcək və istehsalçıya Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrinin bu məhsul üzrə əsas tədarükçülərindən biri olmağa imkan verəcəkdir.

Tədbir çərçivəsində SOCAR Karbamid zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək

Konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan olan distribyutorları, nəqliyyatlogistika şirkətlərini bir araya gətirəcək.

Qeydiyyat ilə bağlı müraciət:

  • 7 (495) 933 7571
    moscowconferences@argusmedia.com

Argus Media haqqında məlumat
Argus Media — aparıcı müstəqil qiymət agentliyidir. Şirkət kotirovkaları hesablayır və beynılxalq əmtəə-xammal bazarının təhlilini aparır, həmçinin müştərilərinə ixtisalşamış konsaltinq xidmətləri təklif edir və sahə tematikası üzrə konfranslar təşkil edir.

Dünyanın 140 ölkəsində şirkətlər fiziki tədarükün sövdələşmə dəyərini hesablamaq üçün, habelə istehsal maliyyə alətləri bazarında etalon qiymət qismində və həmçinin bazarın təhlili və strateji planlama məqsədilə Argus kotirovkasından istifadə edirlər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart