logo

Azərbaycan 2018-ci ildə Türkiyəyə qaz ixracını 15% artırıb

Views: 109

Azərbaycan 2018-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” layihələri çərçivəsində Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında qeyd olunur ki, ötən il Azərbaycandan idxal edilən qaz həcmləri 2017-ci ilin göstəricisindən 14,9% çoxdur.

Ötən ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 794,56 mln. kubmetr (2017-ci ilin dekabr ayına artım 34,42%) qaz ixrac olunub. Bu dövrdə Türkiyəyə qaz tədarükünün ümumi həcminin 13,13%-i Azərbaycan qazının payına düşüb.

Dekabr ayında bu ölkəyə 6 mlrd. 52,56 mln. kubmetr (2017-ci ilin dekabr ayı ilə müqayisədə artım 0,95%) qaz ixrac edilib.

2017-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 544 mln. kubmetr qaz ixrac edib.

İnterfax-Azərbaycan

0

Your Cart