logo

2021-ci ilədək ARDNF-nin aktivləri ÜDM-in 85%-dək artacaq

Azərbaycanın kredit reytinqləri güclü xarici balans və aşağı səviyyə dövlət borcu ilə balanslaşdırılıb. Bunu “Fitch Ratings” Beynəlxalq reytinq agentliyi qeyd edir.

Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar ayında “Fitch Ratings” Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib, proqnozu “stabil” saxlayıb.

“BB+ reytinqləri yüksək neft gəlirləri dövrlərində qalıqların toplanması, iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığı, zəif inkişaf etmiş vbank sektoru və idarəçiliyin aşağı göstəriciləri və zəif bank sektoru ilə şərtlənən Azərbaycanın güclü xarici balansı və aşağı səviyyədə dövlət borcu ilə balanslaşdırılıb”, – agentliyin məlumatında qeyd olunur.

“Fitch”də hesab edirlər ki, 2014-cü ildə neftin qiymətinin ucuzlaşması, milli valyutanın məzənnəsinin devalvasiyası və fiskal siyasətin sərtləşməsi ilə bağlı problemlərdən sonra Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur. “Daha ucuz idxal və stabil mübadilə məzəəəsi səbəbindən inflyasiya 2017-ci ilin sonunda 12,9%-dən illik hesablamada 2018-ci ildə 2,3%-dək azalıb. Biz 2019-cu ildə ÜDM-in 3,5% səviyyəsində artımını gözləyirik, bu da “Şahdəniz yatağının işlənməsinin “Mərhələ-2”nin istifadəyə verilməsi və “Azəri-Çıraq-Günəşli” yatağlar bolkunun işlənməsi layihəsinə sərmayələr ilə dəstəklənəcək. Öz növbəsində, turizm və kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafına şərair yaradacaq”, – məlumatda deyilir.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın xarici mövqeyi reytinqin əsas amilidir və 2018-ci ildə yaxşılaşıb, buna neftin orta səviyyəədən yuxarı qiyməti, qeyri-neft ixracının dinamikası, cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 7,6%-dək artımı şərait yaradıb.

2018-ci ilin yanvar-oktyabr aylarında ARDNF-nin aktivləri 9% – $39 mlrd.-a qədər və ya ÜDM-in 81,2%-i artıb.

“Fitch” 2019-cu ildə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 8,4%-dək artımını proqnozlaşdırır. “Şahdəniz”də hasilatın artımı karbohidrogen ixracının artımına gətirəcək. Rusiya tərəfindən ASK məhsullarının ixracına tələbatın yüksək olması, davamlı turizm sektoru və karbamid istehsalı zavodunun istifadəyə verilməsi qeyri-neft malları və xidmətlərin ixracına təkan verəcək”, – məlumatda deyilir.

Bunun əsasında agentlik 2019-cu Fondun aktivlərinin 83,1%-dək, 2020-ci ildə – 84,7% artımını proqnozlaşdırır.

“Buna baxmayaraq, neftin qiymətinin mümkün ucuzlaşması qarşısında iqtisadiyyatın zəifliyi, xammaldan yüksək asılılıq nəzərə alınmaqla, hələ də yüksək olaraq qalır. ÜDM-in 42%-i karbohidrogen sektoru, 91%-i malların ixracı və 63%-i vergi daxilolmalarının payına düşür. Pul-kredit siyasətinin səmərəliliyi zəif inkişaf etmiş kapital bazarı və dollarlaşmanın yüksək səviyyəsi və mübadilə məzənnəsinin məhdud çevikliyi ilə məhduddur. 2018-ci il noyabrın sonuna depozitlərin 66%-i və kreditlərin 37%-i dollarlaşmanın payına düşür”, – agentlik qeyd edir.

Gentlik 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcunu 18,4% səviyyəsində proqnozlaşdırır.

“Fitch” güman edir ki, Azərbaycanda sosial və siyasi sabitlik qorunacaq. Bundan əlavə, agentlikdə hesab edirlər ki, Dağlıq Qarabağ ətrafında Ermənistanla münaqişə, Azərbaycanda iqtisadi maliyyə sabitliyinə təsir edə biləcək gərginliyə səbəb olmayacaq.

interfax.az

0

Your Cart