logo

“LUKoil” Xəzər şelfində geoloji-kəşfiyyat bloklarını öyrənir

Views: 63

Söhbət Xəzər dənizinin Azərbaycan sektorundakı bloklardan gedir…

“LUKoil” Azərbaycan və Qazaxıstan şelflərində yeni geoloji-kəşfiyyat bloklarını öyrənir. Bu barədə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov Davosda Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə məlumat verib.

“Biz Azərbaycanda yeni geoloji-kəşfiyyat bloklarını nəzərdən keçiririk, onların üzərində ARDNŞ ilə birlikdə çalışırıq. Söhbətin hansı bloklardan getdiyi demək istəməzdik, çünki bütün bunlar ilkin mərhələdədir”, – o, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunlarını şərh edərkən bildirib.

V.Ələkbərov qeyd edib ki, tərəflər, bir sıra xarici investorların çıxdığı “Azəri-Çıraq-Günəşli” layihəsini müzakirə etməyiblər.

“Biz Xəzər dənizi ərazisində inkişaf etməkdə maraqlıyıq. Qazaxıstanla danışıqlar aparırıq. “Jenis” bloku üzrə sənədlər imzalanıb, birgə müəssisənin yaradılmasına dair sənədlər hazırlanır. Qazaxıstan şelfində daha bir sıra bloklar hazırlanır. Biz bu əyaləti (Xəzərdə -İF) anlayırıq və əldə etdiyimiz təcrübəni nəinki Ruisiya, həm də Azərbaycan və Qazaxıstanda tətbiq etmək istərdik”, – o vurğulayıb.

interfax.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart