logo

“BP-Azerbaijan”dan kəskin hava şəraitində iş rejiminə münasibət

“BP-Azerbaijan” şirkətinin Xəzərin Azərbaycan sektorunda 8 platforması fəaliyyətdədir

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq hava şəraitinin ölkədə kəskin dəyişməsi ilə əlaqədar olaraq təqribən 1700 neftçinin dənizdən təxliyyəsinə başlayıb.

Bəs dənizdə ən böyük hasilat əməliyyatları həyata keçirən (ölkənin neft hasilatının 2/3-si, əmtəəlik qaz hasilatının isə 80%-i) “BP-Azerbaijan” şirkəti buna necə hazırlaşır?

Caspian Barrel-in şirkətə ünvanladığı sualları cavablandırarkən BP-dən qeyd ediblər ki, “BP-Azerbaijan” şirkətinin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur. 

Bu qaydalar əsasında şirkət gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirir. Açıq havada küləyin təhlükə yarada biləcəyi bütün işlər, o cümlədən ağır yüklərin və əşyaların hündürlüyə qaldırılması, kran işləri və sair işlərin qarşıdakı günlərdə gözlənilən hava şəraitinə uyğun planlaşdırılır.

Eyni zamanda, “BP-Azerbaijan”dan bildiriblər ki, , şirkətin operativ idarəetmə qrupu hava şəraitini mütəmadi olaraq müşahidə edəcək və şəraitdən asılı olaraq zərurət yarandığı hallarda təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Hazırda təxliyyə məsələləri gündəmdə deyil.

Hava şəraitindən asılı olmayaraq, neft və qaz hasilatı, ixracı və digər əməliyyatlar normal davam edəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart